Transfer Şərtləri və Qaydaları
Transfer yalnız təhsil aldığı universitetin və qəbul olunmaq istədiyi universitetin daxili qaydalarına uyğun həyata keçirilir. Aşağıdakı şərtlər ümumi tələblərdir:
Əsas şərtlər
- Ən azı bir tam semestr təhsil almış olmaq
- Akademik borcun olmaması və ya razılaşdırılmış planın olması
- GPA / orta balın qəbul edən ixtisasın minimum həddinə uyğun gəlməsi
- Yer tutumu və ixtisas uyğunluğunun təsdiqi
- Dövlət sifarişi / ödənişli təhsil statusunun düzgün qeydi
Proses necə gedir?
- Onlayn qeydiyyat formasını doldurun.
- Sənədlər yoxlanılır və ilkin məsləhət verilir.
- Hədəf universitetə ərizə və transkript təqdim olunur.
- Qəbul qərarı və fənlərin ekvivalentliyi razılaşdırılır.
- Əmr çıxdıqdan sonra qeydiyyat tamamlanır.